• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

İsrail Qəzzada 100-dən çox hərbi obyekti vurub

DÜNYA

05 Yanvar 2025 | 16:40

İsrail Qəzzada 100-dən çox hərbi obyekti vurub

 İsrail Ordusunun Hərbi Hava Qüvvələri Fələstin anklavından yəhudi dövlətinə davam edən raket hücumlarına cavab olaraq son günlər Qəzza zolağı boyunca 100-dən çox hərbi hədəfə hücum edib və onlarla silahlı radikalı zərərsizləşdirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. 

"Terror təşkilatı HƏMAS həftə sonu Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyat orqanlarının başçılıq etdiyi əməliyyatda İsrail Ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində 100-dən çox terrorçu hədəfi vurub və HƏMAS-ın onlarla terrorçusunu məhv etdi", - açıqlamada deyilir. 

Bundan əlavə, İsrail Ordusu ölkə ərazisini atəşə tutmaq üçün istifadə olunan bir sıra buraxılış qurğularına zərbələr endirib. Ordu qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb. 

Yanvarın 1-də yəhudi dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən atəş davam etsə, İsrail Qəzza zolağına “görünməmiş güc” zərbələri endirmək niyyətindədir.


SON XƏBƏRLƏR

06 Yanvar 2025