• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail XİN İrana cavab verdi

DÜNYA

24 Iyun 2022 | 17:28

İsrail XİN İrana cavab verdi

“Təklif edirəm ki, ittihamlara vaxt itirməyək, faktlarla danışaq. Artıq həftələrdir ki, İran terror hücrələri İranın terrorçu hökumətinin göstərişi ilə Türkiyə torpaqlarında günahsız israilliləri öldürməyə çalışır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat tviterdə yazıb.

“İranın başqa bir suveren dövlətin ərazisində (Türkiyədə - red.) terrorçuluğu İran tərəfindən bütün normaların və ümumi qəbul edilmiş təcrübələrin növbəti kobud şəkildə pozulmasıdır.

İran rejimi terrorizm və təhrikçiliyi seçir, dünya dövlətləri isə ölkələr arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə can atır və çalışır”, - o vurğulayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi İsrail xarici işlər naziri Yair Lapidin ötən gün Türkiyənin paytaxtı Ankarada səsləndirdiyi bəyanata münasibət bildirərək onu gülünc adlandırıb və israilli naziri İran-Türkiyə münasibətlərinə xələl gətirməkdə ittiham edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026