İtaliya Kiyevə təhlükəsizlik zəmanəti vermək üçün qoşunlarını Ukraynaya göndərməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Giorgia Meloni məlumat yayıb.
Baş nazir bir daha zəmanət məsələsində Romanın bir sıra prinsipial mövqelərini açıqlayıb. Xüsusilə, o, İtaliyanın Ukraynaya qoşun göndərməyəcəyini vurğulayıb.
Xorvatiya və Rumıniya daha əvvəl çoxmillətli Koalisiya qüvvələrinə qoşulmaqdan imtina etdiklərini açıqlamışdılar.
Bakı 




