• Bakı 13° C

    1.31 m/s

Kadırov FTB-dən 250 min dollar istədi

DÜNYA

04 Mart 2021 | 15:09

Kadırov FTB-dən 250 min dollar istədi

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, ABŞ xüsusi xidmət orqanlarının barəsində informasiyaya görə 250 min dollar təklif etdiyi biznesmen Yevgeni Priqojin Qroznı şəhərində onun qonağıdır.

“Bu cür səxavətli mükafatı əldən vermək axmaqlıq olardı. Vətəndaş borcunu yerinə yetirmək üçün vicdan əzabı çəkmədən layiq görülən mükafat almağa hazıram”, - deyə R.Kadırov kinayə ilə bildirib.

O həmçinin FTB-nin qarşısına şərt də qoyub: mükafat yalnız 20 dollarlıq əsginaslar şəklində olmalıdır. Belə ki, Çeçenistan lideri ABŞ və Aİ-dəki hesablarının dondurulduğunu vurğulayıb:

“Qroznıdakı kiminsə vasitəsilə çatdırın. Burada məni hər kəs tanıyır, yolu göstərəcəklər”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR