• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bayden və Zelenski arasında telefon danışığı olub

DÜNYA

03 Aprel 2021 | 09:36

Bayden və Zelenski arasında telefon danışığı olub

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib. 

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər arasında Ukraynadakı islahatlar, korrupsiya ilə mübarizə, eləcə də Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında toplaşması kimi məsələlər müzakirə olunub. 

Ağ Evin mətbuat xidmətindən verilən açıqlamaya görə, prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Söhbət zamanı dövlət başçıları pandemiyaya qarşı birgə mübarizənin vacibliyini də vurğulayıblar. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026