• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Kərim Vəliyevin Qazaxıstan səfəri davam edir - YENİLƏNİB + FOTOLAR

SİYASƏT

23 Avqust 2024 | 18:10 | Müəllif: Qalib İbrahimoğlu

Kərim Vəliyevin Qazaxıstan səfəri davam edir - YENİLƏNİB + FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlcə general-polkovnik K.Vəliyev və Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Almatı şəhərində yerləşən 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra nümayəndə heyətimiz Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə gəlib. Nümayəndə heyətinə muzeyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. General-polkovnik K.Vəliyev “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Daha sonra Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi ziyarət edilib. Azərbaycan nümayəndə heyəti mərkəzdə yaradılan infrastruktur və təhsil prosesi ilə tanış olub. Mərkəzin yaranma tarixi, təyinatı və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra Baş Qərargah rəisləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə aparılması və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

 

***08:52

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.


Kərim Vəliyevin Qazaxıstan səfəri davam edir - YENİLƏNİB + FOTOLARKərim Vəliyevin Qazaxıstan səfəri davam edir - YENİLƏNİB + FOTOLARKərim Vəliyevin Qazaxıstan səfəri davam edir - YENİLƏNİB + FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026