• Bakı 20° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

KİV: ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilə bilər

DÜNYA

17 Iyun 2025 | 11:18

KİV: ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilə bilər

Ağ Ev İranla ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında bu həftə görüşün mümkünlüyünü müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Danışıqların məqsədi nüvə sazişinin detallarını və İsraillə İran arasında atəşkəs məsələsini müzakirə etməkdir.

Nəşrin həmsöhbətlərinin fikrincə, bu görüş həlledici ola bilər. Onun nəticəsi ABŞ-nin vəziyyətin diplomatik həlli üçün səylərini davam etdirəcəyini və ya İrana qarşı müharibəyə qoşulacağını göstərəcək.

Mənbələrdən biri hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonu birbaşa münaqişəyə cəlb etmək niyyətində deyil, lakin İsrail ordusuna bunker əleyhinə bombaların verilməsi Tehrana təsir vasitəsi ola bilər.


SON XƏBƏRLƏR