• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Konyada hərbi təlim başa çatdı

CƏMİYYƏT

12 May 2023 | 20:43 | Müəllif: Subhan Mahmudov

Konyada hərbi təlim başa çatdı

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib.

Qeyd olunub ki, təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və Su-25 hücum təyyarələri ilə təmsil olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026