• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Son sutkada koronaya yoluxanların sayı - STATİSTİKA

CƏMİYYƏT

11 Iyun 2023 | 16:40 | Müəllif: Subhan Mahmudov

Son sutkada koronaya yoluxanların sayı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada iki yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 19 nəfərdir.

Ölkədə son sutka ərzində 651, hazırkı dövrədək isə 7 631 556 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026