• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ötən gün neçə nəfərə peyvənd vurulub?

CƏMİYYƏT

11 Iyul 2023 | 16:35

Ötən gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 967 860, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 629, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 334 nəfər təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026