• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ötən ay Sumqayıtda neçə nəfəri gün vurub?

CƏMİYYƏT

10 Avqust 2023 | 14:43

Ötən ay Sumqayıtda neçə nəfəri gün vurub?

İyul ayında 16 nəfər günvurma və istivurma ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər Novxanı kəndi ərazisindən müraciət daxil olub.

Qeyd edilib ki, onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub və xəstələrə lazımi tibbi yardım göstərilib.

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.

Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.

Məlumatda əhaliyə günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etmələri, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etmələri tövsiyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026