• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Fulya Öztürkə “Qarabağ”mükafatı verildi

CƏMİYYƏT

09 Sentyabr 2023 | 14:26

Fulya Öztürkə “Qarabağ”mükafatı verildi

Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatına layiq görülüb. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin nəticələrinin açıqlanması üçün keçirilən mətbuat konfransında məlumat verilib. 

Qeyd edilib ki, ilk dəfə müsabiqədə “Qarabağ” Xüsusi Mükafatı təsis olunub. Həmin mükafata isə“CNN Türk” Televiziyasının Xüsusi Xəbər rəhbəri Fulya Öztürk Qarabağ müharibəsi və onun davamı zamanı göstərdiyi fədakarlıq və reportajlara, iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Müsabiqənin Azərbaycan üzrə seçim mərhələsinə Xəzər Media Mərkəzi ev sahibliyi edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026