• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zelenski müharibədə həlak olan azərbaycanlını mükafatlandırdı

CƏMİYYƏT

09 Oktyabr 2023 | 13:00

Zelenski müharibədə həlak olan azərbaycanlını mükafatlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Elvin İlqar oğlu Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026