• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qatarda kimyəvi maddə panikası: 4 yaralı var

CƏMİYYƏT

09 Oktyabr 2023 | 13:28

Qatarda kimyəvi maddə panikası: 4 yaralı var

Yaponiyada Tohoku yüksək sürətli qatar xəttində kimyəvi panika baş verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Şin-Aomori stansiyasından Tokioya gedən qatarda qeydə alınıb.

Belə ki, sürət qatarında biri uşaq olmaqla 4 nəfər kimyəvi maddəyə toxunaraq xəsarət alıb.

Günorta saatlarında baş verən hadisədən sonra Sendai stansiyasında sərnişinlər qatardan təxliyə edilib.

Hadisə yerinə çoxlu xilasedicilər göndərilib. Yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026