• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təyyar Eyvazov: "Ölkədə epidemioloji durum stabildir"

CƏMİYYƏT

09 Oktyabr 2023 | 14:16

Təyyar Eyvazov: "Ölkədə epidemioloji durum stabildir"

"Azərbaycanda epidemioloji durum stabil olaraq qalır, hər il olduğu kimi fon səviyyəni aşmır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir: "Son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil".

T.Eyvazov bildirib ki, istər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir: "Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026