Türkiyənin Adana şəhərinin Mersin rayonunda fəaliyyət göstərən Adanalıoğlu Rəşit Can Orta Məktəbinin 8-ci sinif şagirdləri Azərbaycanın Zəfər Bayramını qeyd edib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan sevdalısı Suat Soysalın şagirdləri bununla bağlı video yayımlayıblar. Şagirdlər Azərbaycandakı həmyaşıdlarına Qarabağ Zəfərinin 3-cü illiyində ayrılmaz bir millət, iki dövlət olduğumuzu və bu məfkurəni gələcəyə aparacağımız mesajını verirlər.
Əslində bu video Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq, bizi parçalamaq istəyənlərə verilən ən gözəl cavabdır.
Xatırladaq ki, Suat Soysalın şagirdləri dəfələrlə Azərbaycanla bağlı önəmli günlərdə videolar paylaşıb, birlik mesajları veriblər.
Ümid edirəm ki, bir gün o gözəl uşaqlar işğaldan azad edilən Cıdır düzündən də belə gözəl mesajlar verəcəklər. Bu, Türk dünyasındakı bütün uşaqların haqqıdır.
Türkiyədən olan bu gözəl balaların Zəfər bayramını biz də təbrik edirik. Bu bayram təkcə bizim deyil, ürəyi Azərbaycanla döyünən hər kəsin bayramıdır.
Nigar Ögeday
Türkiyə
Bakıvaxtı.az








jpg-1702026380.webp)


jpg-1702024498.webp)

jpg-1702023672.webp)


