• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qiymətləndiricilər Palatası yaradılacaq

CƏMİYYƏT

08 Dekabr 2023 | 13:40

Qiymətləndiricilər Palatası yaradılacaq

Qiymətləndiricilər Palatası yaradılacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Qiymətləndiricilər Palatasının fəaliyyəti bu Qanunla, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu və Qiymətləndiricilər Palatasının Nizamnaməsi ilə tənzimlənir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026