• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Uşağını təkbaşına böyüdən kişilərə güzəşt ediləcək

CƏMİYYƏT

08 Dekabr 2023 | 13:20

Uşağını təkbaşına böyüdən kişilərə güzəşt ediləcək

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026