• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əsirlərin dəyişdirilməsi yaxın saatlarda ola bilər

CƏMİYYƏT

08 Dekabr 2023 | 12:26 | Müəllif: Qalib İbrahimoğlu

Əsirlərin dəyişdirilməsi yaxın saatlarda ola bilər

Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.

Ermənistan və Azərbaycan məhbusları sərhəddə dəyişilə bilərlər. Onun sözlərinə görə, proses yaxın günlərdə, hətta yaxın saatlarda baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə olunub.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Aytəkin Cəlali


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR