• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bayram günlərində 103-ə 18 mindən çox müraciət olub

CƏMİYYƏT

07 Yanvar 2024 | 10:18

Bayram günlərində 103-ə 18 mindən çox müraciət olub

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub.

Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.


Bayram günlərində 103-ə 18 mindən çox müraciət olub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026