Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı işdən çıxıb.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, İntiqam Hacılı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədər işdən çıxıb.
Onun əmək funksiyasının icrası teatrın Baş rejissoru Anar Babalıya həvalə edilib.
















