“Hər 8 qadından 1-nə döş xərçəngi diaqnozu qoyulur”.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Tarık Zafer Nursal deyib.
Döş xərçənginin qadınlar arasında ən çox görülən xərçəng növü olduğunu bildirən Tarık Zəfər Nursal 1-31 Oktyabr Döş Xərçəngi Maarifləndirmə Ayı münasibəti ilə açıqlamalar verib.
Erkən diaqnozda skrininq üsullarının əhəmiyyətinə toxunan Prof. Dr. Nursal qeyd edib ki, Skrininq üsulları arasında hər bir qadının özünü müayinə etməsi vacibdir: “Hər bir qadın 16 yaşından etibarən özünü müayinəyə başlamalıdır. Bu müayinə hər ay menstrual qanaxma bitdikdən 3-4 gün sonra aparılmalıdır. Amma bunu çox tez-tez, hətta hər gün yoxlayanlar var. Bu da doğru deyil. Bu şəkildə kiçik dəyişiklikləri müşahidə etmək çətindir. Buna görə ayda bir dəfə, menstrual qanaxmanın bitməsindən 3-4 gün sonra bunu etmək kifayətdir. Menopozda olan qadınlar ayın istənilən günü özünü müayinə edə bilərlər. 20 yaşdan sonra ildə bir dəfə tibbi müayinədən keçmək vacibdir. Süd vəzi xərçəngi kişilərdə də görülə bilər, ona görə də bütün kişilər, xüsusən də risk faktoru olan kişilər dəyişiklikləri izləməli və müşahidə etməlidirlər".
Həkimin sözlərinə görə, döş xərçəngi və ya süd vəzi xəstəliklərində yalnız öz-özünə müayinə və ya həkim müayinəsi kifayət etmir: “Süd vəzi xəstəliklərinin diaqnostikası üçün müxtəlif görüntüləmə üsulları mövcuddur. Bunlar arasında ilk sırada mammoqrafiya gəlir. Mamoqrafiya ən vacib skrininq testlərindən biridir. 40 yaşdan 50 yaşa qədər hər bir qadına iki ildən bir, 50 yaşından 70 yaşa qədər isə hər il mamoqramma müayinəsindən keçməsini tövsiyə edirik. Mammoqrafiyanın əsas məntiqi rentgen şüalarının döş toxumasına yönəldilməsi ilə əldə edilən görüntünün qiymətləndirilməsidir. Biz bilirik ki, mamoqrafiya mikrokalsifikasiyalar dediyimiz kalsifikasiyaları çox yaxşı göstərir və kütlələri çox gözəl ayırır. Təbii ki, təkcə mammoqrafiya, tək başına heç bir müayinə kifayət deyil. Hamısı edilməlidir. Çünki bu testlər bir-birini tamamlayır. Buna görə də, erkən diaqnoz üçün skrininq testlərinə laqeyd yanaşılmamalıdır”.
Mammoqrafiyanın qabaqcıl skrininq testlərindən biri olduğunu vurğulayan Nursalın dediyinə görə, lakin bəzi yerlər var ki, mamoqrafiya kifayət deyil: “Belə hallarda süd vəzilərinin ultrasəsindən istifadə edirik. Döş ultrasəsinin üstünlüyü ondan ibarətdir ki, o, maye ilə dolu kisələri və kist dediyimiz döş toxuması içərisindəki kütlələri çox yaxşı ayırd edə bilir. Təəssüf ki, mammoqrafiya bu fərqi aırd edə bilməz”.
Həkim əlavə edib ki, digər bir müayinə süd vəzilərinin MRT-sidir: “Döş MRİ xüsusilə döş içində xərçəng hüceyrələrinin yayılmasını qiymətləndirmək üçün çox faydalı bir müayinədir. Amma, təəssüf ki, biz onu skrininq kimi istifadə edə bilmirik, çünki onun rezolyusiya dərəcəsi mammoqrafiya və döş ultrasəs müayinəsindən aşağıdır. Ancaq bəzi xüsusi boyalarla daha yaxşı nəticələr əldə etmək olar. Bu testləri alternativ və ya kombinasiyada istifadə edə bilərik”.
Ay Tac
















