• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

10 Avqust 2023 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Avqustun 25-də energetika naziri Pərviz Şahbazov Gədəbəy, Şəmkir və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR