İran mediası və televiziya kanallarında Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur Səudiyyə Ərəbistanıda saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Əli Əkbər Raefipur Səudi Ərəbistana Həcc ziyarətinə gedib, lakin İrana qayıdarkən naməlum səbəblərdən Ciddə aeroportunda saxlanılıb.
Qeyd edək ki, Raefipur anti-Azərbaycan çıxışları ilə məşhurdur. O, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı təbliğat aparmaqla yadda qalıb. Anti-Azərbaycan siyasətinin əsas media təbliğatçısı olan Raefipur israr edir ki, İran Ermənistana hərbi dəstək versin və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün ora hərbi qüvvə göndərsin. /Trend






jpg-1691665436.webp)






jpg-1691658960.webp)


