• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİM abituriyentlərə MÜRACİƏT ETDİ

CƏMİYYƏT

10 Avqust 2023 | 13:14

DİM abituriyentlərə MÜRACİƏT ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 11-də saat 11:00-da Mərkəzin yutub kanalı vasitəsilə II və III ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah gün ərzində nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026