• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

CƏMİYYƏT

11 Iyun 2023 | 15:59 | Müəllif: Subhan Mahmudov

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

“Laçın” sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Caliber.Az-ın yaydığı yeni videokadrlar sübut edir.

Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış “Laçın” sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.

Göründüyü kimi, sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülüblər. Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir.

Qeyd olunur ki, sərhəd yoxlanışı zamanı heç bir mənfi hala rast gəlinməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026