Azərbaycanda son sutkada koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan 8 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 808 713 nəfər koronavirusa yoluxub. Onlardan 795 220 nəfər müalicə olunaraq sağalıb, 9 793 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 698 nəfərdir.
Son gün ərzində 2 280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

















