• Bakı 12° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir?

CƏMİYYƏT

21 Sentyabr 2022 | 15:25 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir?

Son günlər uşaqlar arasında müxtəlif xəstəliklər yayılır. Daha çox hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıqla müşahidə olunan xəstəlik yoluxucudurmu?  Ona qarşı necə mübarizə aparaq?

Bakıvaxtı.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev deyib ki, rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur. Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır.

Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər olur. İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Onun sözlərinə görə, anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər.

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, valideynlər uşağın vəziyyətinə baxıb müalicə etməlidirlər: “Əgər uşaq su içə, yemək yeyə bilir, valideynin uşağı xəstəxanaya aparmağa imkanı yoxdursa, həkimlə əlaqə saxlayıb müəyyən dərman preparatlarından istifadə edərək bir gün evdə müalicə edə bilər. Amma bunu çox da məsləhət bilmirəm, çünki sonra uşaqda susuzlama, iştahsızlıq olar, qarın getməsi və qusması daha da artarsa, mütləq şəkildə həkimə müraciət etməlidir”.

Müsahibimiz deyir ki, blə hallarda uşaq susuzlaşma nəticəsində halsızlaşa, klinikaya yatırıla bilər. Ona görə, valideynlər mütləq şəkildə həkimlə əlaqə saxlasın: “Evdə müalicə məsləhət deyil, yaxşı olar ki, uşağı klinika şəraitində müalicə etsinlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026