"Azərbaycana səfərimiz zamanı AK Partiya sədrinin müavini Binəli Yıldırımla eyni maşında uğursuz yol qəzası keçirdik".
Bakıvaxtı.az xəbər verir ki. bunu türkiyəli millət vəkili Şaml Ayrım sosial şəbəkə paylaşımında bildirib.
Onun sözlərinə görə, vəziyyətlərin yaxşıdır: "Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarətdəyik. Xoş arzularını göndərən hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, okrtaybrın 20-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan proqramı çərçivəsində Qarabağda olan AK Partiya sədr müavini Binəli Yıldırım və millət vəkili Şaml Ayrım yol qəzası keçirib.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
Aytac Aslan
















