• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

MM-də atalıq məzuniyyətilə bağlı dinləmələr olacaq

CƏMİYYƏT

21 Sentyabr 2022 | 15:13

MM-də atalıq məzuniyyətilə bağlı dinləmələr olacaq

Milli Məclisdə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı ictimai dinləmə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.

Onun sözlərinə görə, payız sessiyasında komitə atalıq məzuniyyətinin ödənişli olması və eləcə də qanunvericilikdə gender bərabərliyinə əsaslanan valideyn məzuniyyətinin təsbit edilməsi, “Azərbaycanda uşaq hüquqlarının müdafiəsində yerli və beynəlxalq hüquqi- normativ aktların rolu” və Genderə həssas büdcənin tətbiqi ilə əlaqədar Asiya İnkişaf Bankının və beynəlxalq ekspertlərin iştirakı ilə ictimai dinləmələrin keçirilməsini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026