• Bakı 18° C

    3.34 m/s

"Koronavirusun növbəti ştamı daha pis ola bilər" - BMT-nin Baş katibi

DÜNYA

22 Yanvar 2022 | 01:00 | Müəllif: Qalib İbrahimoğlu

"Koronavirusun növbəti ştamı daha pis ola bilər" - BMT-nin Baş katibi

Qlobal peyvəndin hazırkı tempi koronavirusun "omikron" ştamından daha pis ola biləcək infeksiyanın yeni variantlarının ortaya çıxmasını təhdid edir.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Baş Assambleyada 2022-ci il üçün iş prioritetləri ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti seçim daha pis ola bilər. Quterreş bildirib ki, infeksiyanın yayılmasının dayandırılması hər yerdə gündəmin əsas mövzusu olmalıdır.

BMT-nin Baş katibi qlobal peyvənd kampaniyasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Elm açıq şəkildə göstərdi ki, peyvəndlər işləyir və insan həyatını xilas edir. Keçən ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatı 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortalarına qədər isə 70%-ni peyvənd etməyi qarşısına məqsəd qoyub", - deyə o  əlavə edib.

Onun sözlərinə görə, yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrikadakından 7 dəfə yüksəkdir. Bu templə Afrikada irəliləyişə yalnız 2024-cü ilin avqust ayına kimi nail olunacaq.

Quterreş qeyd edib ki, dünya artıq hər ay 1,5 milyard dozada koronavirus vaksini istehsal edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026