• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Koronavirusun yeni növü AŞKAR EDİLDİ

DÜNYA

21 Aprel 2021 | 15:55

Koronavirusun yeni növü AŞKAR EDİLDİ

Hindistanın Qərbi Benqaliya ştatında koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşı Vinod Skariya öz “Twitter” səhifəsində məlumat yayıb.

Mütəxəssis koronavirusun yeni mutasiya etmiş növü barədə, o cümlədən onun təkrar infeksiyalara səbəb olub-olmaması haqda çox az məlumata sahib olduqlarını söyləyib.

V.Skariya qeyd edib ki, bu suallara daha dəqiq və hərtərəfli cavab vermək üçüm məqsədyönlü epidemioloji tədqiqatların aparılmasına ehtiyac var.

Xatırladaq ki, Hindistan COVID-19-dan ən çox zərər çəkən ölkələr sırasında ikinci yerdədir.

Bu günə qədər 182 570 hindistanlı koronavirusun qurbanı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026