• Bakı 21° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Kremldən "Sarmat" raketinin sınağı ilə bağlı AÇIQLAMA

DÜNYA

23 Sentyabr 2024 | 16:00 | Müəllif: Gülşən Şərif

Kremldən "Sarmat" raketinin sınağı ilə bağlı AÇIQLAMA

""Sarmat" raketinin guya uğursuz sınağı ilə bağlı Kremldə məlumat yoxdur". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, açqılamasında hərbçilərlə əlaqə saxlamağı tövsiyə edib:

"Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Bu, bizim ordunun səlahiyyətinə aid olan məsələdir. Ona görə də ora getməyi məsləhət görürəm".

Qeyd edək ki, "Sarmat" raketinin ilk buraxılışı 20 aprel 2022-ci ildə Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan həyata keçirilib. Bundan sonra "Sarmat" raketinin uğurlu sınaqları 2022-ci il noyabrın 18-də verilib. "Sarmat" ağır çoxpilləli maye yanacaqla işləyən qitələrarası ballistik raketə malik beşinci nəsil Rusiya silos əsaslı strateji raket sistemidir. "Sarmat" müstəqil şəkildə hədəfə alına bilən çoxsaylı təkrar giriş maşınları ilə təchiz edilib və Cənub qütbündən keçən hədəfləri vura bilir.

Bu gün bir sıra xarici KİV-lər Plesetsk poliqonunda "RS-28" Sarmat sınaqlarının uğursuzluqla başa çatdığını vurğulayıb. Bəzi nəşrlər raketin buraxılış mərhələsində partladığını bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR