“Lazio” 12 ildən sonra bir oyunda 3 qırmızı vərəqə alan ilk İtaliya klubu olub.
Bakıvaxtı.az xəbər verir ki, bu, A Seriyasının XXVII turunda “Milan”la ev matçına təsadüf edib.
Romalıların heyətində qarşılaşmanın 57-ci dəqiqəsində Luka Pelleqrini, 90+5-ci dəqiqədə Adam Maruşiç, 90+7-ci dəqiqədə isə Matteo Qenduzi meydançadan qovulub. İtaliya çempionatında buna qədər axırıncı dəfə 2012-ci ilin noyabrında “Palermo”nun 3 oyunçusu “Bologna” (0:3) ilə görüşdə qırmızı vərəqə almışdı.
Qeyd edək ki, “Milan”a 0:1 hesabı ilə məğlub olan “Lazio” hazırda 40 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.