Ellen DeGeneresin 2014-cü ildə Oskar mükafatı mərasimində paylaşdığı ikonik selfi "lənətlənib".
Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, qlobal viral fotoda yer alan ulduzlar 10 ildir şəxsi həyatlarında yaşadıqları müxtəlif qalmaqallar, uğursuz layihələr və ya problemlərlə tez-tez gündəmə gəlirlər.
- 19 illik veriliş bitdi: Ellen DeGeneres illərdir davam edən proqramının pərdə arxasında işçilərini sıxışdırması xəbəri ilə uzun müddətdir manşetlərdə yer alır. 19 yaşlı "Ellen DeGeneres Show" 2022-ci ildə başa çatdı.
- Cinsi istismar qalmaqalı: Kevin Spacey #MeToo kampaniyası ilə başlayan ifşalardan öz payını aldı və onun bir çox qurbanı üzə çıxdı. Usta aktyor cinsi qısnama və zorlamada ittiham edildi.
- Əfsanəvi aşiqlər düşmən oldular: Hollivudun ən çox bəyənilən cütlüklərindən olan Bred Pitt və Anjelina Jolie "Oskar selfi"sindən iki il sonra yollarını ayırdılar. Məşhur cütlük nəinki yollarını ayırdı, hətta qanlı-bıçaqlı düşmənə çevrildi.
- 45 illik evlilik bitdi: Hollivudun ən uğurlu adlarından biri olan Meril Stripin 2017-ci ildən bəri 45 illik həyat yoldaşı Don Qummerdən ayrıldığı məlum oldu.
- Oskar heykəli ala bilmədi: Bredli Kuper 2014-cü ildə ikinci dəfə Oskara namizəd oldu. Bu nominasiyadan sonra Kuper daha 10 dəfə Oskar mükafatına namizəd oldu, təəssüf ki, heç birində heykəl ala bilmədi.
- Uğursuz layihələr: Dövrün ən diqqətçəkən adlarından biri olan Julia Roberts 2014-cü ildən bəri heç bir uğurlu layihədə iştirak edə bilməyib.
Ay Tac















