• Bakı 17° C

    2.69 m/s

Lənkəranda maşın oğruları tutuldu

CƏMİYYƏT

16 Aprel 2021 | 10:29

Lənkəranda maşın oğruları tutuldu

Lənkəran rayonunun Girdəni kənd sakininə məxsus “VAZ-2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026