• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də

İDMAN

11 Avqust 2026 | 20:21 | Müəllif: Gülşən Şərif

Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribek "ağ-qaralar"ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/2027-ci illər mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.

2023/2024-cü illər mövsümündə “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026