Macarıstan Budapeştin miqrasiya siyasətinin Aİ standartlarına uyğun olmadığını müəyyən edən Aİ Ədalət Məhkəməsi tərəfindən tətbiq edilən rekord cəriməni ödəməkdən imtina edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın ədliyyə naziri Bens Tuzson açıqlama verib.
Oun sözlərinə görə, Aİ Məhkəməsi öz qərarını əsaslandıra bilməyib:
"Avropa Birliyi Ədalət Məhkəməsinin tarixində bu, heç vaxt baş verməyib. Məlum olub ki, Macarıstan miqrantları ölkəyə buraxmamaqla Aİ qaydalarına əməl etməyib. Buna görə də biz birdəfəlik 200 milyon avro və hər gün üçün əlavə bir milyon avro cərimə ödəməliyik. Biz buna yol verə bilmərik və əks iddia qaldıracağıq".
Nazir hesab edir ki, bu qərar sırf ideoloji və siyasi səbəblərdən irəli gəlir.
"Brüssel Macarıstanın miqrantları ölkəyə buraxmasını istəyirdi, amma biz buna icazə vermədik", - deyə Tuzson qeyd edib.
Gülşən Şərif
Bakı 



