"Deyirlər ki, guya azərbaycanlılar Qarabağdakı erməni abidələrini dağıdıblar. Qarabağdakı bütün abidələr Azərbaycana məxsusdur, ermənilər 30 il müddətində onları erməniləşdiriblər".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Ziyafət Əsgərov Milli Məclisinin bu gün keçirilən plenar iclasında bildirib.
"Fransa hakimiyyətinin Azərbaycanın əleyhinə qərəzli qərar qəbul etməsi ilə bağlı Fransanın XİN rəhbəri məlumat verib ki, biz parlamentin işinə qarışmırıq. Bəs 44 günlük Vətən müharibəmiz zamanı Azərbaycan əleyhin qərar verən Makron deyildimi? Makronun Azərbaycan əleyhinə qərəzli qərarını Qoşulmama Hərəkatının üzvləri, dostlarımız qəbul etməmişdilər. İndi isə XİN rəhbəri deyir ki, parlamentin işinə qarışmırlar. Bu nə cür riyakarlıqdır?"
"Fransa Prezidenti, həddinizi aşmayın. Qarabağ Azərbaycandır!” , - deyə Ziyafət Əsgərov vurğulayıb.
Spiker Sahibə Qafarova deputatın sözlərini təsdiqləyib və bildirib ki, 30 il müddətində azərbaycanlılar Qarabağda olmayıb, belə olan halda erməni abidələrini necə dağıda bilərdilər?
Nuranə Daxilqızı















