Masallıda iki avtomobil toqquşub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Masallı rayonu, Sərçuvar kəndi yaxınlığında (Ələt-Astara avtomobil yolunun 145-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.







jpg-1693655986.webp)
jpg-1693652130.webp)
jpg-1693645345.webp)

jpg-1693637680.webp)

jpg-1693633580.webp)
jpg-1693631843.webp)

