İsmayıllıda minik avtomobili tamamilə yanıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın hadisəsi İsmayıllı rayon Qoşakənd kəndində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Hüseynov Sərdar Həsən oğluna məxsus "VAZ-2107 " markalı minik avtomobilində yanğın baş verib.
Yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın qısa zamanda məhdudlaşdırılıb. Yanğın zamanı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.

jpg-1693633580.jpg)













