• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Salyanda iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb

HADİSƏ

01 Oktyabr 2023 | 09:41

Salyanda iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb

Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində - Akkuşa çayının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Aslanzadə Kənan Namiq oğlu, Salyan rayon sakinləri - 2002-ci il təvəllüdlü Sadıqov Aydın Əmrah oğlu, 1990-cı il təvəllüdlü Qayıbov İsmayıl Rasim oğlu və 1981-ci il təvəllüdlü Novruzov Alim Ağabala oğlu müxtəlif dərəcəli yaralanıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

08 May 2025