Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.
Məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu qismən yanıb, yüksək temperaturdan mətbəxin 1 ədəd plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















