• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Xaçmazda sənədsiz silah-sursat aşkarlandı

HADİSƏ

30 Noyabr 2023 | 08:21 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda sənədsiz silah-sursat aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən profilaktiki tədbirlər müsbət nəticələnir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, qeyd olunan tədbirlərlə qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilir. Gün ərzində polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb.

Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “Toz-8” markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR