• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda dəhşətli qəzada həlak olanların adları məlum olub  - YENİLƏNİB

HADİSƏ

29 Noyabr 2023 | 19:44

Azərbaycanda dəhşətli qəzada həlak olanların adları məlum olub  - YENİLƏNİB

Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.

Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.

 

19:06

Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024