• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB

HADİSƏ

29 Noyabr 2023 | 18:19

Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB

Metronun "Nərimanov" stansiyasında dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib.

 

14:54

Sərnişin metroda ölüb.

 “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a bildirib ki, "Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin.


SON XƏBƏRLƏR

26 Iyul 2024