• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tiqran Əlixanovun meyiti tapıldı

HADİSƏ

30 Oktyabr 2023 | 19:35 | Müəllif: Subhan Mahmudov

Tiqran Əlixanovun meyiti tapıldı

Rusiyanın xalq artisti, Moskva Konservatoriyasının keçmiş rektoru, pianoçu Tiqran Əlixanov Moskvada Kosmodamianskaya sahilindəki mənzildə ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir  ki, bu barədə  REN TV məlumat yayıb.

"Oktyabrın 29-da Əlixanovun meyiti mənzildə qızı Mariya tərəfindən aşkar edilib", - deyə sayt  bildirib.

Əlixanov 1943-cü il yanvarın 22-də Moskvada anadan olub. 1966-cı ildə Moskva Konservatoriyasını bitirmiş, təhsilini başa vurduqdan bir il sonra Parisdə M.Lonq və J.Tibo adına Beynəlxalq müsabiqənin laureatı olmuşdur. Əlixanov "Moskoncert"in solisti kimi çıxış edib, SSRİ Bəstəkarlar İttifaqının Sovet Musiqisinin Təbliğat Bürosunda işləyib. 1995-ci ildə Moskva Dövlət Akademik Filarmoniyasının solisti olub.

Əlixanov Moskva Konservatoriyasının professoru olub və 40 ildən çox onun Musiqi Məktəbində dərs deyib. 2005-2009-cu illərdə Əlixanov Moskva Konservatoriyasının rektoru olub./oxu24.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026