• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xaçmazda avtomobil aşıb - ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ

29 Noyabr 2023 | 00:08

Xaçmazda avtomobil aşıb - ölən və yaralanan var - YENİLƏNİB

 

Yeni istifadəyə verilən Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində "Nissan-X-Trail" markalı avtomobil aşıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB ödənişli yolda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.

Qurumdan bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

“Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib”, - deyə açıqlamada qeyd edilib.

*** 21:05

Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qəzada xəsarət alan şəxs -1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səylərinə baxmayaraq o dünyasını dəyişib.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb. 

 

20:45

Ödənişli yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri - 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024