• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda 17 yaşlı yeniyetmənin başını bıçaqla... - DƏHŞƏT

HADİSƏ

30 Oktyabr 2023 | 23:57 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda 17 yaşlı yeniyetmənin başını bıçaqla... - DƏHŞƏT

Cəlilabad rayonunda yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, kəsilmiş-deşilmiş xəsarətləri alan rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Ə. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinədən sonra məlum olub ki, yeniyetmə bıçaq vasitəsilə başın müxtəlif nahiyələrindən xəsarətlər alıb. Hadisənin 18 yaşlı həmkəndlisi ilə aralarında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini N.Ə. saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026