• Bakı 15° C

    2.5 m/s

“MEGA-AZ” məhkəməlik oldu

CƏMİYYƏT

05 Yanvar 2023 | 15:42

“MEGA-AZ” məhkəməlik oldu

Onlayn alış-veriş mağazası kimi fəaliyyət göstərən “MEGA-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsi 485.2-ci maddəsi əsasında protokol tərtib edərək Xəzər Rayon Məhkəməsinə göndərib.

İşə hakim Əkrəm Qəhrəmanov baxacaq.

İnzibati Xətalar Məcəlləsi 485.2-ci maddəsində bildirilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026